Milli komandamızın üzvü Eddi İsrafilov karyerasını İngiltərədə davam etdirəcək.
Qol.az-ın məlumatına görə, bu barədə məşhur “Marca” qəzeti xəbər yayıb.
23 yaşlı yarımmüdafiəçi Çempionşipdə mübarizə aparan "Fulhem"lə 4 illik müqavilə imzalayıb.
“Marca”nın iddiasına görə, London klubu Eddinin transferi üçün "Mursiya”ya 200 min avro ödəyib. Yaxın günlərdə bu transferin rəsmən açıqlanacağı bildirilir.
Qeyd edək ki, millimizin heyətində 5 rəsmi oyun keçirən Eddi son olaraq “Kordoba”da icarə əsasında çıxış edib.