25 İyun 2014 12:36
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya ilə Uruqvay arasında keçirilən görüşdə Luis Suares Corc Kellininin çiynindən dişləyib.

Uruqvaylı futbolçunun bu hərəkəti norveçli futbol azarkeşinə pul qazandırıb.

Məsələ burasındadır ki, norveçli azarkeş Suaresin dünya çempionatında kimisə dişləyəcəyinə pul yatırıb.

Bukmeker kontorunda bu versiya 175 əmsalla dəyərləndirilib. Azarkeş 5600 norveç kronu qazanıb.

Qeyd edək ki, Suares “Liverpul”-“Çelsi” oyununda Branislav İvanoviçi dişləyərək 10 oyunluq cəzaya məruz qalmışdı.


Müəllif: