3 Avqust 2016 18:55
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunlarının həyəcanı davam edəcək.

AZƏRTAC xəbər verir ki, ötən gün beş görüş keçirilsə də, bu gün daha on qarşılaşma oynanılacaq.

Günün ən maraqla gözlənilən oyunu “Monako”–“Fənərbağça” matçı olacaq. Öz meydanında 2:1 hesablı qələbə qazanan İstanbul klubu səfərdə də sərfəli nəticə əldə etməklə, pley-offa adlamaq arzusundadır. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Digər matçlarda “Kopenhagen” (Danimarka) “Astra” (Rumıniya, ilk oyun – 1:1), “Styaua” (Rumıniya) “Sparta” (Çexiya – 1:1), “Hapoel” (Beyer-Şeva, İsrail) “Olimpiakos” (Yunanıstan – 0:0), “Yanq Boyz” (İsveçrə) “Şaxtyor” (Ukrayna - 0:2), “Zalsburq” (Avstriya) “Partizani” (Albaniya – 1:0), PAOK (Yunanıstan) “Ayaks” (Hollandiya – 1:1), “Anderlext” (Belçika) “Rostov” (Rusiya – 2:2), “Legiya” (Polşa) “Trençin” (Slovakiya– 1:0), “Seltik” (Şotlandiya) isə “Astana” (Qazaxıstan – 1:1) komandası ilə üz-üzə gələcək.


Müəllif:

Oxşar xəbərlər