“Dalğa Arena”da futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Gürcüstanın U-19 komandası ilə yoldaşlıq oyunu keçirib.
AZƏRTAC xəbər verir ki, yığmamız 2:0 hesabı ilə qələbə qazanıb. Qolları Anna Abunaşvili və Çeri Pınar vurublar.