5 Avqust 2016 01:54
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçında “Qəbələ” öz meydanında Fransanın “Lill” klubuna 1:0 hesabı ilə qalib gələrək pley-off mərhələsinə yüksəlməyə haqq qazandı.

Matç başa çatdıqdan sonra klubun prezidenti Tale Heydərov apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb. Tale Heydərov bildirib ki, “Lill”i keçmək çox çətin idi: "Aydın məsələdi ki, həm mənim üçün, həm də hər birimiz üçün olduqca həyəcanlı bir gün idi. Çox şadam ki, bu mərhələni geridə qoyduq. İlk oyunda əldə etdiyimiz 1:1 hesablı bərabərlik bizim üçün çox əlverişli nəticə idi. Ancaq rəqimiz də bu gün qələbəyə köklənmişdi, onlar əllərindən gələni etməli idiləri ki, bu mərhələni keçsinlər. Özünüz də gördünüz ki, ən güclü oyunçularını heyətə saldılar. Ancaq belə deyək, “Qəbələ” ilə bacarmadılar". Klub prezidenti əlavə edib ki, bir oyunçu – hücumçu axtarışındadırlar: "Ümid edirəm ki, yaxın günlərdə bu reallaşacaq. Tale Heydərova görə, pley-offa çatmış komandalar hər halda öz güclərini göstərib bu səviyyəyə çatıblar: " Mən əksinə deyərdim ki, pley-offda bundan asan rəqib olmayacaq. Ona görə də, komanda istirahətdən sonra növbəti qələbələrə köklənməlidir. Mən bu fürsətdən istifadə edib ilk növbədə jurnalistlərə öz minnətdarlığımı bildirmək istəyirəm ki, həqiqətən də çox böyük iş gördülər, bütün azarkeşləri bu oyuna dəvət etdilər. Real şəkildə birlik göstərdilər. Bu günkü qələbədə azarkeşlərin rolu çox böyük oldu. Həqiqətəndə “12-ci oyunçu” kimi çıxış etdilər. Fikrimcə bizim builki heyətimiz keçənilkinə nisbətən daha güclüdür. Komandamız daha yaxşı nəticə göstərməyə borcludur. “Qarabağ” da çox güclü rəqibdir, onlarla oyunlar çox çətin olacaq. Ancaq əlimizdən gələni edəcəyik ki, çempion olaq. Bəli, bu, bizim ən böyük probelmimizdir. Yerli futbolçuların kifayət qədər olmaması Azərbaycan futbolunun əsas çatışmazlığıdır. Bu yolda bizim akademiyamız çox böyük işlər görür. Çalışacağıq ki, öz yerli oyunçularımızın xidmətindən istifadə edək".

"Fransadakı oyundan sonra demişdiniz ki, mərhələni keçsək, bunu Cavid Hüseynova həsr edəcəyik. Düşünürsünüzmü ki, komandanın qələbəsində bu amilin rolu oldu" sualına cavab olaraq Heydərov bildirib ki, həqiqətən də oyunçular nə qədər özləri üçün oynayırdılarsa, bir o qədər də Cavid üçün oynayırdılar: "Ona görə də çox böyük motivasiya oldu".


Müəllif:

Oxşar xəbərlər