FIFA-nın Oyunçuların Statusu Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının "Trabzonspor"un futbolçusu Ramil Şeydayevlə bağlı müraciəti ilə əlaqədar qərar qəbul edib.
Bu haqda AFFA-nın saytı məlumat yayıb.
Qərarda bildirilib ki, AFFA və futbolçu Ramil Şeydayevin assosiasiyanın dəyişdirilməsi ilə bağlı xahişi təmin olunsun.
Futbolçu Ramil Şeydayevə bu qərar tərəflərə göndərilən tarixdən etibarən Azərbaycan milli komandasında çıxış etmək icazəsi verilsin.
FIFA bu barədə UEFA və Rusiya Futbol İttifaqını da məlumatlandırıb.
Qeyd edək ki, FİFA hazırda Portuqaliyanın “Boavişta” klubunun futbolçusu olan digər azərbaycanlı - Emin Mahmudovla bağlı da qərar verib. Qərarda bildirilib ki, AFFA və futbolçu Emin Mahmudovun assosiasiyanın dəyişdirilməsi ilə bağlı xahişi təmin olunsun.
Futbolçu Emin Mahmudova bu qərar tərəflərə göndərilən tarixdən etibarən Azərbaycan milli komandasında çıxış etmək icazəsi verilsin.
FIFA bu barədə UEFA və Rusiya Futbol İttifaqını da məlumatlandırıb.