5 Avqust 2016 15:16
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Teleqraf.com xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da başlanan mərasim İsveçrənin Nyon şəhərində keçirilib.

Püşkatmanın nəticələrinə görə, Ağdamın “Qarabağ” klubu İsveçrənin "Göteburq" klubu ilə qarşılaşacaq. “Qarabağ” ilk oyununu səfərdə keçirəcək.

Digər klubumuz “Qəbələ” isə Sloveniyanın "Maribor" klubu ilə qarşılaşacaq. “Qəbələ” ilk oyununu səfərdə keçirəcək.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 18-i və 25-i keçiriləcək.

Samir


Müəllif:

Oxşar xəbərlər