“Rio-2016” Yay Olimpiya Oyunlarında kişilər arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışlarında Vyetnam idmançısı Hoanq Suan Vin 202,5 xal toplayaraq ən yüksək nəticəni göstərib.
Bu, Vyetnamın tarixində Olimpiya Oyunlarında qazandığı ilk qızıl medaldır.
Yarışda ikinci yeri braziliyalı Felipe Almeyda Vu (202,1 xal ), üçüncü yeri isə çinli Panqu Vey (180,4 xal) tutub.