7 Avqust 2016 18:56
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz autsayderik. Ancaq hiss edirəm ki, qrup mərhələsinə düşmək üçün şansımız var. Bunun üçün hər iki oyunda yaxşı çıxş etmək lazımdır”.

Qol.az-ın məlumatına görə, bu sözləri Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ınn rəqibi olan “Höteborq” klubunun baş məşqçisi Yörgen Lennartson deyib.

İsveç klubunun çalışdırıcısı yerli mətbuata açıqlamasında püşkü dəyərləndirərkən “Qarabağ”ı özləri üçün münasib rəqib hesab etdiyini bildirib:

“Qarabağ”ın heyətində bir neçə legioner var. Rəqibi beynəlmiləl komanda adlandırardım. Mümkün variantlar arasında bizə ən uzaq səfər qismət oldu. Ancaq Ukrayna “Şaxtyor” ilə qarşılaşmaqdansa, elə “Qarabağ” yaxşıdır. Çünki “Şaxtyor”un Çempionlar Liqasında böyük təcrübəsi var. Potensial rəqiblər arasında başqa güclü komandalar da var idi”.

Qeyd edək ki, komandalar arasında ilk oyun avqustun 18-də, cavab matçları isə bir həftə sonra keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər