Rusiyalı idmançılara Rio 2016 Paralimpiya Oyunlarında iştiraka qadağa qoyulub.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bu, ölkənin adının dopinq qalmaqalında hallanmasından sonra baş verir.
Beynəlxalq Paralimpiya Komitəsi (IPC) Rusiyanı ötən ay idmançıların dövlətin sponsorluq etdiyi proqram çərçivəsində dopinq qəbul etməsinə dair McLaren-in hesabatından sonra uzaqlaşdırıb.
Beynəlxalq Olimpiya Komitəsi (İOC) isə Rusiyaya Olimpiya oyunlarında iştirakla bağlı " ümumi qadağa" qoymayıb. Belə ki, idmançıların iştirakı barədə qərarı hər bir idman növü üzrə ayrı-ayrı federasiyalar verəcək.