Rio Olimpiadasında cüdo yarışları davam edir.
Bu gün Azərbaycan cüdoçusu Rüstəm Orucov ilk görüşünə çıxıb.
73 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 finalda qazaxıstanlı Didar Həmzəni sınağa çəkib. Görüş Rüstəmin qələbəsi ilə başa çatıb. O, rəqibini cərimə xalları hesabına məğlub edib.
Qeyd edək ki, cüdoçumuz 1/8 finalda avstriyalı Jak Benstedlə qarşılaşıb və bu görüşdə qalib gələrək 1/4 finala adlayıb. Bu dəfə Orucov 3 dəqiqə 3 saniyəyə ipponla qələbəyə nail olub. Onun 1/4 finaldakı rəqibi Deks Elmont (Hollandiya) - Mikloş Unqvari (Macarıstan) cütünün qalibi olacaq.