“Qəbələ” Topaz Premyer Liqasının II turunun “İnter”lə oyununun hazırlığına start verib.
Teleqraf.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, vqustun 8-də keçirilən “Kəpəz”lə I turun qarşılaşmasından (2:0) sonra məşqlərinə ara verməyən “qırmızı-qaralar” günün ikinci yarısında bir araya gəlib.
Hazırlıq prosesində futbolçular iki qrupa bölünüb. Bir gün öncəki görüşdə iştirak edənlər bərpaedici hazırlıq keçibsə, digər oyunçular topla çalışıb. Komanda növbəti məşqini sabah keçirəcək.