10 Avqust 2016 16:00
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb.

AZƏRTAC xəbər verir ki, kişilərin ağır atletika yarışlarında 69 kiloqram çəki dərəcəsində çıxış edən Daniyar İsmayılov gümüş medala sahib olub.

İdmançı iki hərəkətin cəmində 351 kiloqram (birdən 163 kq, təkanla 188 kq) nəticə göstərib. Qızıl medala 352 kiloqram (162+190) ağırlığın öhdəsindən gələn çinli Jiyonq Şi, bürünc medala isə 339 kiloqram (151+188) göstəriciyə malik qırğızıstanlı İzzat Artıkov sahib olub.


Müəllif:

Oxşar xəbərlər