Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən güllə atıcısı Ruslan Lunyov daha bir yarışda finala yüksələ bilməyib.
"Report"un məlumatına görə, 27 yaşlı idmançı 25 metr məsafəyə sürətli atış üzrə seçmə mərhələ yarışında lazımi nəticəni göstərə bilməyib.
İlkin seçmə mərhələdə 288 xalla 14-cü yeri tutan Lunyov bu gün keçirilmiş növbəti mərhələdə 287 xal yığıb. Nəticədə o, 28 iştirakçı arasında 15-ci olub və 6 finalçı sırasına düşə bilməyib.
Qeyd edək ki, Ruslan Lunyov daha əvvəl 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma yarışında da seçmə mərhələni 15-ci pillədə tamamlayaraq, mübarizəni dayandırıb.