Avqustun 14-də “Rio-2016” Yay Olimpiya Oyunlarında güləş yarışlarına start veriləcək.
Döşək üzərinə çıxacaq yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının iki üzvünün rəqibləri müəyyənləşib.
Teleqraf.com xəbər verir ki, 59 kiloqram çəki dərəcəsində çıxış edən Rövşən Bayramov mübarizəyə 1/8 final mərhələsindən başlayacaq. Onun ilk rəqibi Venesuela güləşçisi Rayber Xose Orozko Rodrigez olacaq. R.Bayramov bu rəqibini keçdiyi təqdirdə dörddəbir finalda Mahadi El Messaudi (Mərakeş)-Xese David Tielke (ABŞ) cütünün qalibi ilə qarşılaşacaq. Bu görüş saat 17:15-də başlayacaq.
Yarışlarda 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Elvin Mürsəliyevin isə 1/16 final mərhələsində rəqibi misirli Mahmud Fevzi Rəşad Sebye olacaq. Güləşçimizin birinci görüşü saat 17:05-də keçiriləcək.