Azərbaycan Premyer Liqasının 2-ci turunda cəmi 3 qol vurulub. Baş tutan 4 qarşılaşmada orta hesabla 0,750 qolun qeydə alınması son 3 mövsüm (2014/15, 2015/16, 2016/17) üçün ən aşağı məhsuldarlıqdı.
Daha az qolun qeydə alınmasına sonuncu dəfə 2013/14 mövsümünün 8-ci turunda təsadüf olunmuşdu. 2013-cü il sentyabrın 27-29-da baş tutan 5 görüşdə cəmi 2 qol vurulmuşdu. 35 ay əvvəlki məhsuldarlıq 0,400 olub. 2013-cü ilin sentyabrındakı tur zamanı qollardan birini meydan sahibləri, birini qonaqlar vurmuşdusa, bu dəfə öz meydanında oynayanlar fərqlənə bilməyib.
Belə ki, hər üç topa qonaqlar sevinib. Xatırladaq ki, hesabat turunda “Qarabağ” “Sumqayıt”ı 2, “Zirə” “Neftçi”ni 1 cavabsız qolla məğlub edib, “Kəpəz” - AZAL və “Qəbələ” - “İnter” qarşılaşmalarında qol qeydə alınmayıb.
\Komanda.az\