17 Avqust 2016 00:32
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsul Çunayev Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.

Qeyd edək ki, Yunan-Roma güləşində ölkəmizi 66 kq çəkidə təmsil edən Rəsul Çunayev mübarizəyə 1/16 finaldan start verib. O, ilk cəhdində kubalı Migel Palasio Martinezə qalib gəlib.

Rəsulun 1/8 finalda rəqibi rusiyalı İslambek Albiyev olub. Bu döyüş də həmyerlimizin qələbəsi ilə yekunlaşıb. 3:2

Güləşçimiz 1/4 finalda Tarek Aziz Benaissa (Əlcəzair) ilə üz-üzə gəlib. Qarşılaşma həmyerlimizin təmiz qələbəsi ilə yekunlaşıb. 10:2.

Çunayev finalda erməni Miqran Arutyunyana uduzub. 1:4.

Pəhləvanımız cənubi koreyalı Hansu Ryu məğlub edərək bürünc medalla kifayətlənib.


Müəllif:

Oxşar xəbərlər