Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən Yay Olimpiya Oyunları çərçivəsində Azərbaycan boksçusu Elvin Məmişzadə növbəti qarşılaşmasını keçirib.
52 kq çəki dərəcəsində mübarizə aparan idmançımız ¼ final mərhələsində Özbəkistan boksçusu Şaxobidin Zoirovla döyüşüb.
Təmsilçimiz hər 3 raundda özbək rəqibi ilə müqayisədə zəif təsir bağışlayıb. Hakimlər qələbəni Özbəkistan boksçusuna veriblər. Beləliklə, dünya çempionumuz olimpiadada mübarizəni dayandırıb.
Qeyd edək ki, digər boksçularımız – Lorenzo Sotomayor və Kamran Şahsuvarlı artıq yarımfinala yüksələrək ən az bürünc medalı təmin ediblər.