Rio olimpiadasında güləş yarışları davam edir.
Bu gün sərbəst güləşçilərimiz Hacı Əliyev (57 kq) və Cəbrayıl Həsənov (75 kq) mübarizəyə qoşulub.
57 kq
Yarışa 1/8 finalda başlayan dünya çempionu Hacı Əliyevin ilk rəqibi cənubi koreyalı Cunsk Yun olub. İdmançımız bu mərhələdə inamlı qələbə qazanıb - 12:2.
Hacı Əliyev 1/4 finalda Vladimir Xinçeqaşvili (Gürcüstan) ilə qarşılaşıb. Bu dəfə idmançımız rəqibinə uduzub - 3:4. Vladimir Xinçeqaşvili finala qədər yüksəldiyi, H. Əliyev bürünc üçün təsəlliverici görüşlərə qatılacaq. Güləşçimiz ilk təsəlliverici görüşündə Nurislam Sanayevlə (Qazaxıstan) qüvvəsini sınayacaq. Qarşılaşma 23:16-da başlayacaq.
75 kq
Cəbrayıl Həsənovun da ilk görüşü 1/8 finalda olub. O, bu mərhələdə kolumbiyalı Karlos Arturo İzquerdo ilə üz-üzə gəlib və rəqibi üzərində asan qələbə qazanıb - 10:0. Güləşçimiz 1/4 finalda Yakob Makaraşvili (Gürcüstan) ilə qarşılaşacaq. Bu dəfə də inamlı qələbə qazanan (11:0) Cəbrayıl yarımfinala yüksəlib.