22 Avqust 2016 01:52
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz əsas "Neftçi"ni yox, özümüzü fikirləşirdik. Çünki futbolçularda istər-istəməz yorğunluq var idi. Bunu nəzərə alaraq heyətdə xeyli dəyişiklik etdik".

Teleqraf.com-un Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasınbda "Neftçi"yə evdə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra "CBC Sport"a açıqlamasında bildirib.

Onun fikrincə, start heyətində yer verdiyi hər bir futbolçunu çəkinmədən meydana buraxa bilir: "Çünki onların səviyyəsi digərlərindən heç də aşağı deyil. Hər birinə güvənirəm. Bu gün də onun şahid oldum ki, hər bir futbolçu ən yaxşı oyununu göstərməyə çalışdı və çox istəkli idilər. Buna görə çox sevinirəm. Nəticədən daha çox futbolçuların oyunda olan diqqətini bəyəndim. Hesabda böyük üstünlüyümüzə baxmayraq hər birinin qol buraxmamaq istəyi böyük idi. Futbolçularımızın hamısı təbrik etdim. Hər birinə güvənim artdı. "Neftçi"yə uğurlar azrulayıram. Düşünürəm ki, qardşıda daha yaxşı çempionat, daha yaxşı oyunlar olacaq".

Qurbanov Əl Hərbi Əl Jadeuyinin yeni mövqeyində oynamasından və yeni transfer Dini Ndlovdan də söz açıb: "Əl Hərbinin möqveyində dəyişklik etmişdik. O, dayaq yarımümdafiəçisi möveyində oynaya bilir. Əvvəllər bir neçə dəfə bu mövqedə onu qoymuşdum. Normal oynadı. Ola bilər ki, bəzi çatışmazlıqları vardı. Ancaq ümumilikdə layiqli çıxış etdi. Ndlovuda da normal oynadı. Ona bu gün ən yaxşı formasını göstərmək çətindir. Çünki hələ tam hazır deyil".


Müəllif:

Oxşar xəbərlər