Futbol üzrə Avropa Liqası "pley-off" mərhələsində keçiriləcək "Maribor" - "Qəbələ" görüşünün hakimləri bəlli oldu.
UEFA-nın məlumatına görə, oyunu Viktor Kassayın başçılıq etdiyi macarıstanlı hakimlər briqadası idarə edəcək.
Ona Györgi Ring və Vensel Töt köməklik edəcək. Dördüncü hakim isə Tamas Boqnar olacaq.
"Maribor" - "Qəbələ" oyunu avqustun 25-i Bakı vaxtı ilə saat 21:00-daq başlayacaq.
Qeyd edək ki, “Qəbələ” Bakıda keçirilən ilk görüşdə rəqibinə 3:1 hesabı ilə qalib gəlib.
Cütün qalibi qrup mərhələsinə keçəcək.