“Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunları Azərbaycan üçün uğurlu oldu”.
Teleqraf.com xəbər verir ki, bu fikri Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev deyib.
A.Əliyev bildirib ki, Azərbaycan XXXI Yay Olimpiya Oyunlarında 18 medal qazanaraq 39-cu yerdə qərarlaşdı:
“Rio-2016-da Azərbaycan adına medal qazanan bütün idmançılarımızı təbrik edirəm. Bir qızıl medal olmasına baxmayaraq, ümumi nəticəmiz gözlədiyimdən də artıq oldu. Başda Milli Olimpiya Komitəsinin prezidenti olmaqla, bütün zəhməti keçənlərin hamısını təbrik edirəm, inşallah yaxın günlərdə, start götürən paralimpiyaçılarımıza uğurlar arzu edirəm və onlardan da gözəl nəticələr gözləyirəm”.
Səxavət