"Biz "Qarabağ"la eyni qrupa düşmək istəmirdik".
Bunu Çexiyanın "Slovan" (Liberets) klubunun baş məşqçisi İndrjix Trpişovski Avropa Liqasının qrup mərhələsindəki rəqiblərini dəyərləndirərkən deyib.
O bildirib ki, püşkatmadan əvvəl məsafənin uzaqlığı və çətin rəqib olması səbəbindən Ağdam klubu ilə eyni qrupda yer almaq istəmirdik: "Bunu Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la üz-üzə gələn "Viktoriya Plzen"in timsalında görmüşdük. "Qarabağ" püşkatmadan öncə 4-cü səbətdə yer almışdı. Lakin bu, o demək deyil ki, rəqib çətin komandadır".
Qeyd edək ki, J qrupunda "Qarabağ"la "Slovan"dan başqa, İtaliya "Fiorentina"sı və Yunanıstan PAOK-u da yer alıb.