27 İyun 2014 15:53
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının “İnter” klubunun futbolçusu Vaqif Cavadov karyerasını Türkiyədə davam etdirəcək.

Türkiyə I dvizionunda çıxış edən Qaziantep Böyükşəhər Bələdiyyəspor klubu Vaqif Cavadovu transfer edib. İmzalanma mərasimində Türkiyə klubunun prezidenti Əbdülqadir Gözəgir və digər nümayəndələr iştirak edib. V. Cavadovun transfer məbləği hələ ki, açıqlanmır.

Qeyd edək ki, Vaqif Cavadov Azərbaycan millisinin hücumçusudur. Ötən mövsüm Vaqif Cavadov 14 qola imza atıb./publika/


Müəllif: