“Qarabağ” futbol klubunun qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina yığmasına dəvət alıb.
Teleqraf.com xəbər verir ki, İ.Şehiç 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək matçda meydana çıxa biləcək. Onun milli komandası isə Estoniya yığmasına rəqib olacaq.
Bosniya və Herseqovina - Estoniya matçı sentyabrın 6-da oynanılacaq. Qarşılaşma Bakı vaxtı ilə 23:45-də start götürəcək.