27 İyun 2014 16:42
1 165
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona Uruqvay millisinin hücumçusu Luis Suaresin FİFA tərəfindən 4 aylıq cəzalandırılmasına münasibət bildirib.

Teleqraf.com qol.az-a istinadən xəbər verir ki, "De Zurda" kanalına danışan Maradona FİFA-nın bu qərarının ədalətsiz olduğunu bildirib:

"Ədalətsiz qərar verildi. Suaresin bu qədər cəza almasını anlamıram. O nə etdi ki? Adammı öldürdü? FİFA niyə onun kəlləsini də istəmədi? Hər futbolçu karyerası ərzində dünya çempionatında oynamaq üçün çalışır. Ancaq FİFA Suaresi mundialdan kənarlaşdırdı. Zidanın "DÇ-2006"nın finalında etdiyi hərəkəti xatırlayın. Həmin hərəkətdən sonra FİFA Zidana "Qızıl buts" mükafatını vermişdi".

Qeyd edək ki, Suares İtaliya ilə oyunda (1:0) rəqib müdafiəçi Corcio Kyellininin çiynini dişlədiyi üçün 4 aylıq futboldan kənarlaşdırılıb.


Müəllif: