1 Sentyabr 2016 18:45
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrə Baş Prokurorluğu Almaniyanın keçmiş futbolçusu Frants Bekkenbauerə qarşı antikorrupsiya istintaqına başlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, Almaniya KİV-in bu haqda yaydığı məlumatı İsveçrənin istintaq idarəsi təsdiqləyib.

F.Bekkenbauerə qarşı "çirkli pulların yuyulması" və "qanundankənar varlanma" ittihamları irəli sürülüb.

O, futbol üzrə "Almaniya-2006" dünya çempionatı sifariş komitəsinə başçılıq edib.

Qeyd edək ki, bu ilinin fevralında FİFA-nın Etika Komitəsi Almaniya və dünya futbolunun 71 yaşlı əfsanəsi Frants Bekkenbaueri 7 min İsveçrə frankı məbləğində cərimələyib. Səbəb kimi Bekkenbauerin Etika Komitəsinin Nizamnaməsinin 42-ci maddəsinə əsasən əməkdaşlıq öhdəliyini pozması göstərilmişdi. Keçmiş futbolçu komitə tərəfindən aparılan araşdırmalara futbol rəsmisi kimi davranışı ilə dəstək vermədiyi üçün cərimələnib. Bu isə Komitənin Nizamnaməsinin uyğun maddəsinin pozulması deməkdir.


Müəllif:

Oxşar xəbərlər