21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.
Teleqraf.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, müdafiəçi Adil Nağıyev baş məşqçinin qərarına əsasən yığmanın toplanışından klubun düşərgəsinə göndərilib.
Gənc futbolçu hazırlıq prosesi ərzində keçiriliən 2 yoxlama oyununda imkanlarından aşağı səviyyədə çıxış etdiyi üçün baş məşqçi Yaşar Vahabzadə onu heyətdə görmək istəməyib.