4 Sentyabr 2016 09:57
434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında üçüncü turun təqvimi müəyyənləşib.

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, sentyabrın 4-də kişilərdən ibarət əsas millimiz Macarıstanla qarşılaşacaq. İkinci yığmamız Hindistanı, üçüncü komandamız isə Livanı sınağa çəkəcək.

Favoritlərdən Rusiya Moldova ilə, ABŞ Argentina ilə, Çin Braziliya ilə, Ukrayna Almaniya ilə, Polşa Kuba ilə, Fransa isə İspaniya ilə üz-üzə gələcək.

Qadınlardan ibarət əsas millimizin rəqibi Polşadır. İkinci komandamız Almaniya, üçüncü yığmamız isə Qırğızıstanla qarşılaşacaq.

İddialılardan Çin Vyetnamla, Rusiya Özbəkistanla, Ukrayna ABŞ-la, Macarıstan Türkiyə ilə görüşəcək.


Müəllif:

Oxşar xəbərlər