27 İyun 2014 23:59
1 248
12 Punto 14 Punto 16 Punto 18 Punto

FİFA-nın baş katibi Jerom Valke Uruqvay millisinin futbolçusu Luis Suaresə ağır cəza tətbiq olunmasının səbəbləri haqda danışıb.

Hücumçu DÇ-2014-də İtaliya ilə görüşdə rəqibin futbolçusu Corcio Kyellininin çiynini dişlədiyi üçün doqquz matçlıq cəzalandırılıb və dörd ay futbol oynaması qadağan edilib.

J.Valke deyib ki, Suares bundan əvvəl də eyni hərəkəti etdiyi üçün ağır cəzalandırılıb:

"Suares ilk dəfə belə bir hərəkət etsəydi, cəzası yüngül olardı. Ancaq onun futbolçuları dişləməsi artıq üçüncü dəfədir təkrarlanır".

FİFA-nın baş katibi onu da qeyd edib ki, Suares müalicə olunmalıdır:

"Onun probleminin olub-olmadığını bilmirəm. Ancaq düşünürəm ki, Suaresin müalicəyə ehtiyacı var"./qol.az/


Müəllif: