27 İyun 2014 23:04
1 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliya milliisinin futbolçusu Kriştiano Ronaldo tarix yazıb.

Hücumçu dünən DÇ-2014-də Qana ilə matçda fərqlənməklə dalbadal üç dünya çempionatında qol vuran ilk portuqaliyalı futbolçu olub.

Qeyd edək ki, K.Ronaldo 2006 və 2010-ci illərdə keçirilən dünya çempionatında da rəqib qapılarına yol tapmışdı.

Xatırladaq ki, Portuqaliya - Qana matçı birincilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Ancaq bu qalibiyyət komandanın qrupdan çıxması üçün yetərli olmayıb./qol.az/


Müəllif: