Türkiyə millisinin baş məşqçisi Fatih Terim köməkçisi Həmzə Həmzəoğlu ilə birgə dünya çempionatının matçlarını izləmək üçün Braziliyaya gedib.
Təcrübəli mütəxəssis 1/8 finalda sabah baş tutacaq Braziliya - Çili görüşünə stadiondan baxacaq.
F.Terim Türkiyənin "Avro-2016"dakı seçmə mərhələsindəki rəqibləri Hollandiya və Meksikanın qarşılaşacağı oyunu da izləyəcək.
F.Terim Fransa - Nigeriya və Argentina -İsveçrə matçlarını izlədikdən sonra iyulun 2-i Türkiyəyə qayıdacaq./qol.az/