27 İyun 2014 23:52
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Futbol Federasiyası (RFF) yığmanın baş məşqçisi Fabio Kapello ilə əməkdaşlığa davam edəcək.

Komanda DÇ-2014-də mübarizəni dayandırmasına baxmayaraq, qurum təcrübəli mütəxəssislə yolları ayırmayacaq.

RFF-nın prezidenti Nikolay Tolstıx "Rio Novosti"yə verdiyi açıqlamasında Kapellonun komandada qalacağını deyib:

"Kapello Rusiya futbolu üçün çox önəmli işlər görüb. Əminəm ki, burada uğurlar qazanmağa davam edəcək".

Qeyd edək ki, F.Kabello 2012-ci ildən Rusiya millisini çalışdırır./qol.az/


Müəllif: