Dünya Güləş Birliyi Azərbaycan güləşçisi Toğrul Əsgərovun 2012-ci ildə London Olimpiya Oyunlarında dopinq qəbul etməsi ilə bağlı iddialara münasibət bildirib.
Teleqraf.com-un xəbərinə görə, qurumun rəsmi Tvitter hesabında bildirilib ki, Toğrul Əsgərov heç zaman anti-dopinq qaydalarını pozmayıb.
Qeyd edək ki, bəzi xarici KİV-lərdə T.Əsgərovun dopinq qəbul etməsi ilə bağlı şübhələr olduğuna dair məlumatlar yayılıb.