"Real" və "Atletiko"nun transfer qadağası ilə bağlı apellyasiya şikayəti FİFA tərəfindən rədd edilib.
Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, beləliklə, Madrid klubları qarşıdakı qış və yay transferləri dönəmlərində heyətlərinə futbolçu cəlb edə bilməyəcəklər.
Qeyd edək ki, "Real" və "Atletiko" 18 yaşına çatmayan futbolçuların transferi zamanı qanun pozuntusuna yol verdikləri üçün bu cəzaya məruz qalıb.