9 Sentyabr 2016 14:56
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Barselona”nın sabiq futbolçusu Xristo Stoyçikov “Real”ın ünvanına tənqidlər səsləndirmək imkanını əldən verməyib.

Goal.az xəbər verir ki, futbolçu “Mundo Deportivo” nəşrinə açıqlamasında bunları deyib: “Barcelona” son 25 ildə xeyli titul qazanıb. 1990-cı ildən biz maşın kimiyik. “Real”ın nə qədər çempion olduğuna baxın. Onların bu qədər pulla 25 il ərzində 7 dəfə çempion olmağı rüsvayçılıqdır. Onlar Messi və komanda yoldaşları qaydasında olmadığından titul qazandılar. “Barselona”nın uğurları isə onun futbol akademiyası olduğuna görədir”.


Müəllif: