10 Sentyabr 2016 08:17
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola sabah İngiltərə Premyer Liqasında “Mançester Yunayted”ə qarşı keçiriləcək oyun öncəsi mətbuat konfransı keçirib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, rəqib məşqçi Joze Mourinyo ilə aralarındakı narazılıqla bağlı sualı da cavablandırıb. Qvardiola bildirib ki, Mourinyo ilə problemi yoxdur: “Dəfələrlə demişəm ki, ona hörmətlə yanaşıram. Həmişə çalışıram ki, bütün həmkarlarımdan nəyisə öyrənim. Bu, Mourinyoya da aiddir. O, “Real”ı, mən “Barselona”nı çalışdıran vaxt asan mərhələ deyildi. Amma o vaxtdan bəri bir neçə dəfə görüşmüşük. Əgər Mourinyo sabahkı oyundan sonra dəvət etsə, onunla bir qədəh şərab içərəm”.


Müəllif: