9 Sentyabr 2016 23:54
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cüdoçumuz Ramil Qasımov finalda Ukrayna təmsilçisi Solovey Dmitro üzərində qələbə qazanaraq Yay Paralimpiya Oyunlarının qızıl medalını qazanıb.

 

Trend-in məlumatına görə, bu Azərbaycan yığmasının XV Yay Paralimpiya Oyunlarında ilk qızıl medalıdır. X X X Cüdoçumuz Ramil Qasımov finala gedən yolda Almaniya təmsilçisi Nikolai Kornhass ilə qarşılaşıb. Trend-in məlumatına görə, idmançımız ipponla vaxtından əvvəl qələbə qazanaraq finala yüksəlib. Qeyd edək ki, Rio-2016 XV Yay Paralimpiya Oyunlarının ilk günündə komandamız gümüş medal qazanıb. Bayram Mustafayev 66 kq çəki dərəcəsində ilk medalı Azərbaycan komandasına qazandırıb.

 

X X X

 

Azərbaycan cüdoçusu Ramil Qasımov Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb. Trend-in məlumatına görə, 73 kiloqram çəki dərəcəsində yarışan təmsilçimiz kubalı Rodriqes Gerardonu məğlub edib. Beləliklə, R.Qasımov yarımfinalda alman cüdoçu Nikolai Kornhass ilə qarşılaşacaq.


Müəllif: