11 Sentyabr 2016 09:34
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında 8-ci turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, sentyabrın 10-da kişilərdən ibarət əsas milli komandamız Latviyaya qalib gəlib.


İkinci yığmamız Finlandiyanı, üçüncü millimiz isə Dominikan Respublikasını xalsız qoyub.


Turun ən çox maraq doğuran görüşündə Rusiya ABŞ-la heç-heçə oynayıb.


Qadınlardan ibarət əsas millimiz Çinə uduzub. İkinci komandamız Sinqapura qalib gələrkən, üçüncü yığmamız Peru ilə xalları yarı bölüb.
Sosial səhifələrdə paylaş


Müəllif: