29 İyun 2014 17:18
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Monako” hücumçusu Radamel Falkao ilə yolları ayırmağa razılıq verib.

Bildirilir ki, “Monako” 28 yaşlı kolumbiyalı futbolçunun transferi ilə əlaqədar istənilən klubla danışıqlara hazır olduğunu bəyan edib.

Qeyd edək ki, bu günlərdə Falkao Madrid “Real”ına keçmək istədiyini açıqlayıb. Bununla yanaşı, İngiltərənin “Çelsi” və “Liverpul” klublarının kolumbiyalı hücumçunu heyətində görmək istədikləri bildirilir.

Hələlik “Monako”nun Falkaonu hansı qiymətə satmaq istəməsi haqda məlumat yoxdur.

Xatırladaq ki, Falkao “Monako”ya ötən mövsümün əvvəli keçmişdi. Bu ilin yanvar ayında aldığı ciddi səbəbindən o, həmin vaxtdan meydana çıxa bilməyib, eyni zamanda dünya çempionatına aparılmayıb.

O, 2013/14 mövsümündə Fransa çempionatında 17 oyuna çıxıb və 9 qol vurub./qol.az/


Müəllif: