29 İyun 2014 21:15
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qalib gəlmək istəyirdik, amma uduzduq. Bununla belə komandamızın üzvləri ilə fəxr edirəm. Qələbə qazanmaq üçün hər şey etdilər”.

Bu sözləri DÇ-2014-ün 1/8 final mərhələsinin Kolumbiya – Uruqvay matçından (2:0) sonra ikincilərin müdafiəçisi Dieqo Qodin deyib.

O, cəza səbəbindən Luis Suaresin bu oyunda iştirak etməməsinə də toxunub: “Əlbəttə, Suares komandamızın önəmli oyunçudur. Onun yoxluğu hiss olunurdu. Amma biz Suaresin oynamamasına görə uduzmadıq. Kolumbiya millisini əla oyuna görə təbrik edirik. Biz isə turniri layəqətli çıxışımızla tərk edirik”./qol.az/


Müəllif: