19 Sentyabr 2016 19:35
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünya çempionu xizək sürərkən aldığı zədədən sonra gəzə bilmir”.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bunu Almaniya məhkəməsinə Mixael Şumaxerin vəkili bildirib.

Onun sözlərinə görə, 47 yaşlı Şumaxer mütəxəssislərin yardımı ilə də ayağa qalxa bilmir. Vəkil Şumaxerin gəzməsi ilə bağlı informasiyalara sərt reaksiya bildirib: “Onun zədələrinin ciddiliyini nəzərə alsaq, belə şaiyələr məsuliyyətsizlikdir. Onun gizliliyi çox vacibdir. Təəssüf ki, onlar bir çox insana yalan ümidlər verirlər”.

Şumaxer 2013-cü ildə Fransada xizəklə sürüşərkən başından zədə alıb. Bundan sonra komada olan atlet 6 ay sonra evinə - İsçevrəyə göndərilib. Ailəsi onun sağlamlığı barədə məlumatları əsasən gizli saxlayır.

Samir


Müəllif: