22 Sentyabr 2016 18:14
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bavariya” klubu Robert Levandovski ilə müqaviləni yeniləyəcək.

Teleqraf.com xəbər verir ki, artıq bununla bağlı tərəflər arasında razılıq əldə olunub. Razılığa əsasən, polşalı hücumçu ilə 5 illik yeni müqavilə imzalanacaq.

R.Levandovskinin yeni müqavilə imzaladıqdan sonra klubun ən yüksək maaşlı oyunçusu olacağı iddia edilir.

Qeyd edək ki, “Bavariya”da hazırda ən yüksək maaşı Tomas Müller alır. O, ilinə 15 milyon avro qazanır.


Müəllif: