24 Sentyabr 2016 18:10
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Arsenal"ın çalışdırcısı Arsen Venger Joze Mourinyonun cavabını verib.

Goal.az xəbər verir ki, "Çelsi" ilə matçdan öncə jurnalistlərin qarşısına çıxan 66 yaşlı mütəxəssis bu məsələ ilə bağlı verilən suala da cavab verib: "Əminliklə söyləyə bilərəm ki, Mourinyo haqqında olan kitabı oxumayacam. Ona görə də bu mövzu ilə bağlı başqa nəsə deyə bilmərəm. Futbol haqqında danışmaq istəyirəm. Mən daha yaradıcıyam. Sabahkı matça köklənmişəm. Heç kimlə şəxsi problemim yoxdur. Futbolda hamıya hörmət edirəm və digər komandalar haqda əlavə danışmaq gərəkdiyini də hiss etmirəm".

Joze Mourinyo şəxsi bioqrafiyasında Arsen Vengerə olan nifrətini açıq şəkildə büruzə verən fikirlərə yer vermişdi: "Bir gün onu meydandan kənarda tapıb üzünü dağıdacam".


Müəllif: