24 Sentyabr 2016 20:16
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dopinq qəbul etdiyi üçün 2 illik cəza alan tennisçi Mariya Şarapovanın gəliri 7.8 milyon dollar azalaraq ən çox qazanan idmançılar sırasında 88-ci yerə qədər geriləyib.

Teleqraf.com xəbər verir ki, "Forbes" jurnalının araşdırmasına görə, Şarapova ötən il ən çox qazanan idmançıların sırasında 26-cı yerdə qərarlaşmışdı. O, bu il 62 sıra geriləməli olub.

29 yaşlı tennisçi gəlirlərinin həcminə görə 12 ildən sonra amerikalı Serena Villiamsdan geri qalıb. Yarışlara çıxmayan və reklam gəlirləri azalan Şarapova 1 ildə 7,8 milyon dollar itirərək illik gəliri 21,9 milyon dollar olub. O, əvvəlki ildə 29.7 milyon dollar gəlir əldə etmişdi.

Qanında meldoniyum adlı maddə aşkarlanan idmançı bildirib ki, o, on il dopinqin bu növündən istifadə edib. Amma həmin maddənin 2016-cı il yanvarın 1-dən etibarən qadağan edilməsindən xəbərsiz olub. Beynəlxlaq idman məhkəməsi Şarapovanı iki il müddətinə yarışlardan uzaqlaşdırıb.

Ruslan


Müəllif:

Oxşar xəbərlər