25 Sentyabr 2016 09:25
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kolumbiyada davam edən futzal üzrə Dünya Çempionatının dörddəbir final mərhələsində Azərbaycan milli komandası ilə qarşılaşacaq Portuqaliya yığmasının üzvü Fabio Sesilio ölkəsinin mətbuatına qarşılaşma ilə bağlı açıqlama verib. Yığmamız haqqında fikirlərini bölüşən F.Sesilio Azərbaycan millisinin çətin rəqib olduğunu deyib.

Portuqaliya millisinin oyunçusu Azərbaycan futzal millisini çox güclü və məğlub olmağı sevməyən komanda kimi xarakterizə edib. Hazırlaşmaq üçün daha iki gün vaxt olduğunu qeyd edən F.Sesilio qələbəyə ümid etdiklərini bildirib.

Xatırladaq ki, Azərbaycan-Portuqaliya futzal qarşılaşması sentyabrın 26-da keçiriləcək.


Müəllif: