30 İyun 2014 13:28
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bavariya"nın yarımmüdafiəçisi Toni Kroosun "Real" (Madrid) klubuna transferi ilə bağlı tərəflər arasında razılıq əldə olunub.

Bu transfer Madrid təmsilçisinə 25-30 milyon avroya başa gələcək.

"Kral klubu" 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayacaq. Almaniyalı futbolçunun "Real"da illik qazancı da bəlli olub. Təcrübəli futbolçu yeni klubunda ilinə 5 milyon avro qazanacaq.

Qeyd edək ki, Kroos hazırda Braziliyada təşkil olunan dünya çempionatında mübarizəni davam etdirən Almaniya millisinin düşərgəsindədir. Onun komandası bu axşam 1/8 final mərhələsində Əlcəzairlə qarşılaşacaq. Həmin oyun Bakı vaxtı ilə saat 01:00-da başlayacaq./qol.az/


Müəllif: