28 Sentyabr 2016 00:32
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Futbol Assosiasiyasının qərarı ilə Sem Ellardays İngiltərə yığmasının baş məşqçisi vəzifəsindən kənarlaşdırılıb.

Teleqraf-com-un məlumatına görə, korrupsiyada ittiham olunan baş məşqçini 10 illik həbs cəzası gözləyir.

Qeyd edək ki, Sem Ellardays jurnalist araşdırmasının qurbanıdır. The Telegraph qəzetii xüsusi təhqiqat aparıb və bu zaman qəzetin iki jurnalisti özlərini məşqçiyə Asiyadan olan iş adamları kimi təqdim etmişdilər.

Bu "biznesmen"lərlə iki görüş zamanı Ellardays onlara İngiltərədəki futbol klublarının transfer anlaşmalarından gəlir əldə etməkdə yardım göstərməyə boyun olub, əvəzində 400 min funt-sterlinq istəmişdi.


Müəllif:

Oxşar xəbərlər