"Barcelona"nın baş məşqçisi Luis Enrike Münhenqladbax "Borussiya"sı ilə matçdan sonra Ardanın çıxışından danışıb.
Goal.az xəbər verir ki, təcrübəli məşqçi türkiyəli yarımmüdafiəçinin ünvanına xoş sözlər səsləndirib: "Ötən mövsümdən etibarən Ardadan çox razıyam. Kluba gəldiyi vaxtlarda uyğunlaşmaq asan deyildi, amma çalışıb səviyyəsini artırdı. Biz buna birgə nail olduq. Rafinya və Arda bütün oyunçularımıza örnək olan futbolçulardır".
"Borussiya" ilə matçda meydana 60-cı dəqiqədə daxil olan Arda 65-ci dəqiqədə hesabı bərabərləşdirmişdi.