29 Sentyabr 2016 15:28
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

DÇ-2018-in seçmə qrup mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Norveç yığmasının baş məşqçisi Per-Matias Höqmo qarşıdakı 3 oyun haqda danışıb.

"Report"un məlumatına görə, 57 yaşlı mütəxəssis Norveç Futbol Federasiyasının rəsmi saytına açıqlamasında bu görüşlərdən 7 xal götürmək fikrində olduqlarını bildirib.

Komandanın hazırlığından söz açan Höqmo bunları bildirib: "Qarşıda Azərbaycan, San Marino və Çexiya ilə oyunlarımız var. Bu üç oyunda 7 xal qazansaq, bizim üçün arzulanan nəticə sayılacaq. Üstəlik, bu nəticə Norveç yığması üçün başlanğıc nöqtəsi olacaq".

Qeyd edək ki, oktyabrın 8-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Norveç oyunu saat 20:00-da başlayacaq. Azərbaycan yığması seçmə tsiklə San Marino üzərində 1:0 hesablı səfər qələbəsi ilə başlayıb. Norveç isə ilk turda öz meydanında Almaniyaya böyük hesabla uduzub - 0:3.


Müəllif:

Oxşar xəbərlər